JANR | Dram, Romantika | |
İL | 2008 | |
VAXT | 124 Dəq. | |
IMDb | 7.6 / 10 | |
KEYFİYYƏT | 1080P | |
REJİSSOR | Stephen Daldry |
II. Dünya Müharibəsindən sonra Almaniyada baş verən hadisələrdə, 15 yaşlı yeniyetmə Maykl Berq, qızılça xəstəliyinə yoluxur və Hanna adlı bir qadın ona köməklik edir. Gənc oğlan sağaldıqdan sonra şəxsən təşəkkür etmək üçün Hannanın evinə gedir. Bu ziyarət Maykl və Hanna arasında ehtirasa çevrilir. Hanna, bir müddət sonra Maykldan ona kitab oxumasını istəyir. Oxunan hər ədəbi kitab onları daha da yaxınlaşdırır və ehtiraslarını artırır. Hər şey yeniyetmə Mayklın ürəyincə davam edərkən, Hanna qəflətən yoxa çıxaraq arxasında kədərli və qəlbi qırılmış bir gənc buraxır. Hüquq oxumağa başlayan Maykl, Nazi zülmlərinin mühakimə edildiyi məhkəmə işində illər sonra Hanna ilə qarşılaşır. Bu məhkəmə işi əsnasında Hanna haqqında keçmişdə bilmədiyi bir sirr, ona dərindən təsir edəcək və həyatındakı ən çətin qərarla qarşı-qarşıya qalacaq.