JANR | Dram, Mistika, Müharibə | |
İL | 2010 | |
VAXT | 131 Dəq. | |
IMDb | 8.2 / 10 | |
KEYFİYYƏT | 1080P | |
REJİSSOR | Denis Villeneuve |
Riyaziyyatın ucsuz-bucaqsız teoremləri ilə bir qadının çəkdiyi sonsuz iztirablar arasında əlaqə varmı? Bu film bizə bu əlaqəni göstərməklə yanaşı, bir çoxları tərəfindən dram janrının ən yaxşı nümunəsi hesab edilir. İnsan pxisologiyasını darmadağın edən film, Naval Marvan adlı qadının ölməzdən əvvəl uşaqları Jan və Simona yazdığı vəsiyyətnamə ilə başlayır. Naval bu vəsiyyətnamədə uşaqlarından öz atalarını və qardaşlarını tapmalarını və yazdığı məktubu onlara çatdırmalarını istəyir. Lakin qəribədir ki, uşaqların atası çoxdan ölüb və qardaşları yoxdur. Bu məsələyə aydınlıq gətirmək istəyən bacı-qardaş, analarının doğulduğu kəndə gedirlər və onun tüklər ürpəşdirən keçmişiylə qarşılaşırlar.